Yunanıstan XİN Türkiyəyə nota verdi

  • 16:38 - 10 Avqust

Yunanıstan Aralıq dənizində qazma fəaliyyətlərinə son qoyması üçün Türkiyəyə xəbərdarlıq edib.

Avropa.info xəbər verir ki, Yunanıstan XİN Türkiyənin qazma fəaliyyətini dərhal dayandırmasını, bu cür fəaliyyətlərin təxribatçı xarakter daşıdığını, regionun sülh və təhlükəsizliyi üçün təhlükə yaratdığını qeyd edib.

“Yunanıstan hər hansı şantajı qəbul etməyəcək. Suverenlik haqlarını qoruyacaq” – XİN-nin bəyanatında deyilir.

Qeyd edək ki, bu gün Aralıq dənizində seysmik araşdırma aparmağa hazırlaşan “Oruc Rəis” kəşfiyyat gəmisi 23 avqustadək iş aparacağını bəyan etmişdi.


Oxunma sayı: 6656

Oxşar yazılar