Prezident İlham Əliyev: “Azərbaycanda bütün neft-qaz layihələri uğurla icra edilir”

  • 16:23 - 10 Avqust

Azərbaycanda bütün neft-qaz layihələri uğurla icra edilir.

Avropa.info-nun məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlər plan üzrə gedir: “Burada inşa edilən yeni platforma onu göstərir ki, bu yataqların uzunmüddətli işlənməsi artıq reallıqdır. Bildiyiniz kimi, kontraktın müddəti uzadılıb və Azərbaycan bundan böyük fayda götürür, bizə bir neçə milyard dollar dəyərində bonus ödənilib”.


Oxunma sayı: 11386

Oxşar yazılar