Livanın daha bir naziri istefaya getdi

  • 14:56 - 10 Avqust

Beyrut limanındakı partlayışdan sonra başlayan etiraz nəticəsində Livanın daha bir naziri istefaya gedib.

Avropa.info xəbər verir ki, bu barədə “Əl-Hadas” telekanalı məlumat yayıb.

Bu istefada əvvəl daha iki nazir – informasiya naziri Manal Əbdül Səməd və ətraf mühit və inzibati inkişaf naziri Damianos Kattar istefa vermişdi.

Xatırladaq ki, Beyrutda keçələrə tökülən əhali dövlət binalarını ələ keçirir. Etirazlarda ümumilikdə 70 güc strukturu əməkdaşı və 700 etirazçı yaralanıb.


Oxunma sayı: 9967

Oxşar yazılar