Xəzərdə neftçi itkin düşdü - Axtarışa helikopter, gəmilər, dalğıclar cəlb olundu (Yenilənib)

  • 16:03 - 10 Avqust

Fövqəladə Hallar Nazirliyi neftçinin itkin düşməsi ilə bağlı məlumat yayıb.

Avropa.info-nun nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin "Abşeronneft" NQÇİ-nin stasionar dəniz özülündə operator vəzifəsində işləyən, 45 yaşlı Kazımov Elşən Səfiyar oğlunun avqustun 9-da növbədə olan zaman itkin düşməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri göyərtəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-desant dəstəsi ilə axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

***

14:43

“Ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlu gündüz növbəsində olan zaman növbənin sonunda saat 19:00 radələrində iş yoldaşları tərəfindən onun özüldə olmadığı müəyyən edilib”.

Bu barədə Avropa.info-ya “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edilib ki, Kazımov Elşən axırıncı dəfə həmin gün saat 15:40 radələrində neftqazçıxarma ustası Əliyev Vidadiyə 1110 və 1111 saylı quyularda ölçmə işlərinin aparıldığı barədə məlumat verib.

“Sonradan onun çəkmələri qaldığı evciyin qarşısında, mobil telefonu stolunun üstündə, gödəkçəsi isə həmin yerin məhəccərində asılmış vəziyyətdə tapılıb, işçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb.

İşçinin itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb.

Hazırda helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirir”, - məlumatda qeyd edilib.


Oxunma sayı: 5325

Oxşar yazılar