Prezident AzTV-yə müsahibə verdi

  • 14:39 - 10 Avqust

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib.

Avropa.info report-a istinadən xəbər verir ki, müsahibənin bu gün yayımlanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib.

Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.


Oxunma sayı: 4346

Oxşar yazılar