Karantindən sonra Antalyaya gələn ilk rus turistlər – FOTO

  • 11:44 - 10 Avqust

Koronovirus pandemiyasına görə, Türkiyə və Rusiya arasında mart ayında dayandırılan çarter reyslər yenidən açılıb.

Avropa.info xəbər verir ki, 1 avqustdan etibarən İstanbul və Ankaraya, bu gündən etibarən Antalya, Dalaman və Bodruma ilk rus turistlər gəlməyə başlayıb. Moskvanın Şeremetyevo aeroportundan qalxan təyyarə 03:25-də Antalyada enib. Ailələri ilə aeroporta gələn turistlər maska taxaraq təyyarədən eniblər.

Termal kameradan keçən və əllərini dezinfeksiya edən turistlər pasport yoxlamasından sonra otellərinə doğru hərəkət ediblər. 

Türkiyəyə gələn rus turistlər “Türkiyə və Antalya üçün çox darıxmışdıq, salam Türkiyə” deyiblər.


Oxunma sayı: 7767

Oxşar yazılar