Minskdəki etiraz aksiyalarında ölü və yaralılar var – Həbs olunanları 15 ilədək cəza gözləyir

  • 11:16 - 10 Avqust

Belorusda keçirilən prezident seçkilərindən sonra Minskdə keçirilən kütləvi etiraz aksiyalarında xüsusi təyinatlılarla toqquşma olub.

Avropa.info xəbər verir ki, hüquq müdafiəçilərinin verdiyi məlumata görə, baş verən toqquşmalarda ən azı 10 nəfər yaralanıb, 1 nəfər ölüb. Polis gözyaşardıcı qaz, səs bombaları və suvuranlardan istifadə edib. Həbslər səhərəcən davam edib. 

Kütləvi iğtişaşlarda və polisə qarşı zorakılıqda iştirak edən etirazçılara qarşı cinayət işi açılıb – Belorus İstintaq Komitəsinin sədri İvan Noskeviç deyib.

Noskeviçin sözlərinə görə, iş üzrə 100 müstəntiq işləyir. Şübhəlilərin bir qismi artıq saxlanılıb. Onları 15 ilədək həbs cəzası gözləyir.

Son məlumata görə, etiraz aksiyalarında ən azı 213 nəfər saxlanılıb. Onlardan 110 nəfəri Minskdə saxlanılıb. 40 nəfər səsvermə məntəqələrində, 70 nəfər aksiyalarda saxlanılıb. 


Oxunma sayı: 10011

Oxşar yazılar