Azərbaycanlı "qanuni oğru" azadlığa buraxıldı

  • 22:54 - 09 Avqust

Belarus Ali Məhkəməsikriminal aləmdə "Rəşad Gəncinski" kimi tanınan 42 yaşlı azərbaycanlı qanuni oğru Rəşad İsmayılovun hökmdən verdiyi şikayətə baxıb.

Virtualaz.org bildirir ki, bu barədə ölkənin "Praym Kraym" saytı məlumat yayıb.

Məlumata görə, yenii cəza təyin edilərkən məhkəmə onun çəkdiyi cəzanı yetərli hesab edib və “qanuni oğru”nu həbsdən 8 il 3 ay əvvəl azadlıqa buraxılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Rəşad İsmayılov ötən ilin noyabrında iki yaxın adamı ilə bərabər silah və narkotiklərin qanunsuz dövriyəsinə görə saxlanılmışdı. Onun Minsk şəhərində kirayələdiyi evdə və avtomobilində “Makarov” və “TT” silahları, 14 ədəd güllə, 5,8 qram həşiş aşkarlanmışdı. R. İsmayılovun Rusiyaya məxsus saxta sənədlə sərhədi keçdiyi bildirilmişdi. Ötən ilin iyulunda isə Belarusun Minsk rayon məhkəməsi azərbaycanlı “qanuni oğru”nu 10 il müddətinə azadlıqdan məhrum etmişdi.

 


Oxunma sayı: 6018

Oxşar yazılar