Həbib Nurməhəmmədov növbəti döyüşünə hazırlıqdan bəhs etdi

  • 21:47 - 09 Avqust

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov özünün “Instagram”dakı səhifəsində son məşqindən şəkil paylaşıb.

“Report” xəbər verir ki, fotoda o və əmisi oğlu Abubakarın yorğunluqdan sonra dincəlmələri əks olunur.

"Hər şey plan üzrə gedir. 11 həftə qaldı. UFC 254-də görüşənədək", - idmançı yazıb. 

Qeyd edək ki, Həbib Nurməhəmmədov növbəti döyüşünü UFC 254 turnirində keçirəcək. O, amerikalı Castin Qetji ilə qarşılaşacaq.


Oxunma sayı: 12310

Oxşar yazılar