“TurAZ Qartalı - 2020” təlimlərində helikopterlərin uçuşları keçirilib

  • 18:20 - 09 Avqust

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.


Müdafiə Nazirliyindən Avropa.info-ya  bildirilib ki, tam hazır vəziyyətə gətirilən helikopterlərin nümunəvi təlim uçuşları keçirilib.
Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.


Oxunma sayı: 5358

Oxşar yazılar