Lukaşenko: Belarusda xaos olmayacaq

  • 14:37 - 09 Avqust

Prezident seçkilərindən sonra Belarus xaos və vətəndaş müharibəsinə sürüklənməyəcək.

Bunu bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.

A. Lukaşenko deyib ki, bütün variantlar nəzərdən keçirilir: "Ancaq sabah ölkənin xaosa, qarşıdurmaya, vətəndaş müharibəsinə sürüklənəcəyi barədə danışmağın əsası yoxdur".

Qeyd edək ki, bu gün Belarusda prezident seçkiləri keçirilir. Prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.


Oxunma sayı: 4236

Oxşar yazılar