Hindistanda oteldə yanğın olub, 7 nəfər ölüb

  • 13:12 - 09 Avqust

Bu gün Hindistanın Vicayvade şəhərində yeni növ koronavirusa (COVİD-19) yoluxan xəstələrin saxlanıldığı “Svarna palas” otelində yanğın olub.

Ən azı 7 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 3-nün durumu ağırdır.

 

Yanğın başlayan zaman xəstələrin bəziləri özlərini binadan atıb. Oteldə ümumilikdə 22 xəstə olub.

İlkin məlumata görə, yanğına səbəb elektrik xəttində qısaqapanma olub.(apa)


Oxunma sayı: 11870

Oxşar yazılar