Beyrutda "Hesab Günü" aksiyası : Etirazçılar 4 nazirliyin binasını ələ keçirdilər, ölü və yüzlərlə yaralı var

  • 01:15 - 09 Avqust

İqtisadi kriz içində olan Livanın paytaxtı Beyrutda "Hesab Günü" şüarı ilə başladılar etirazlar davam edir. 

Avropa.info xəbər verir ki, Beyrutda güc strukturları ilə etirazçılar arasında yaşanan qarşıdurmada 1 polis məmuru ölüb, 238 nəfər yaralanıb. 

Protestocular Livan hakimiyyətinin istefasını tələb edir. Qəzəbli etirazçılar Xarici İşlər Nazirliyi binasının ardından Enerji və Su Nazirliyini, İqtisadiyyat Nazirliyini və Banklar Birliyinin binasını ələ keçirib. 

Etirazların qarşısını almaq üçün Livan ordusu da prosesə cəlb edilib.

Bu arada Livanın baş naziri Həsən Diyab etirazçılara müraciət edib.

Hökumət başçısı müraciətində böhrandan çıxmaq üçün erkən parlament seçkilərinin keçirilməsini təklif edib.

“Hökumətin növbəti iclasında növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifini təqdim edəcəyəm. Hökumət milli qərar hazırlamaq üçün iki ay hakimiyyətdə qala bilər”-deyə, o bildirib.

Diyab, avqustun 4-də Beyrutda baş vermiş partlayışın korrupsiya ilə əlaqədar olduğunu qeyd edib.


 


Oxunma sayı: 9978

Oxşar yazılar