“Yuventus”un yeni baş məşqçisi Pirlo oldu

  • 23:20 - 08 Avqust

Maurisio Sarri ilə yollarını ayıran “Yuventus”un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Bildirilib ki, “qoca sinyora” klubun əfsanələrindən biri olmuş Andrea Pirlo ilə müqavilə imzalayıb.

41 yaşlı Pirlo ilə 2022-ci ilə kimi anlaşma əldə olunub.

Qeyd edək ki, Pirlo üç gün əvvəl klubun U-23 komandasına baş məşqçi təyin edilmişdi.


Oxunma sayı: 11826

Oxşar yazılar