Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

  • 20:47 - 08 Avqust

“Hindustan Times” xəbər verir ki, rəqəmsal uçuş məlumat qeydiyyatçısı və kokpit səs yazıçısı araşdırma üçün Dehliyə aparılacaq. 

Qeyd edək ki, Hindistanın Kerala əyalətində yerli hava yolu “Air India Express”ə məxsus “Boeing 737” sərnişin təyyarəsi enişdən sonra uçuş zolağından çıxıb və bir neçə hissəyə parçalanıb. 

Qəza nəticəsində iki pilot da daxil olmaqla 17 nəfərin öldüyü bildirilir. 

Təyyarənin göyərtəsində 191 nəfər olub.


Oxunma sayı: 3378

Oxşar yazılar