Türkiyə bu ölkə ilə savaşa girəcək - Generaldan şok

  • 19:55 - 08 Avqust

Yunanıstan və Türkiyə arasında açıq qarşıdurma artıq qaçılmazdır. 

Avropa.info Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general İsmayıl Haqqı Pekin deyib. 

Pekin Yunanıstanın pozucu fəaliyyətlər həyata keçirdiyini bildirib: 

“Yunanıstan davamlı şəkildə oyunu pozur, ərköyünlük edir. Onların iddiaları və tələbləri heç vaxt bitməyəcək. Aralıq dənizinin şərqi və Egey dənizini ələ keçirmək istəyir. Öz iddialarını irəli sürərək, Türkiyənin haqqına da sahib olmaq niyyətindədir. Sabah, ya o bir gün bunu Livan, Suriya və Misrə qarşı edəcəklər. Silahlı qarşıdurma artıq qaçılmazdır. 

Türkiyənin öz gücünü göstərmək zamanı çatıb. Çünki Yunanıstanla diplomatik masa arxasında anlaşmaq mümkün deyil. Türkiyə Meyisti adasında karbohidrogen araşdırmalarına başlamalıdır. Bura Konya və ya Sivasdan fərqli bir yer deyil – vətənin bir hissəsidir. Liviyadakı vəziyyəti də nəzərə alsaq, təəssüflə deyə bilərəm ki, durum qarşıdurmaya doğru gedir”.


Oxunma sayı: 6150

Oxşar yazılar