Aİ Şurasının Prezidenti Beyrutda səfərdədir

  • 17:55 - 08 Avqust

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Beyruta səfər edib.

Bu barədə Ş. Mişel "Twitter"də bildirib.

O bildirib ki, Livan Aİ-nin həmrəyliyinə arxalana bilər və Aİ Livan xalqına təkcə sözdə deyil, konkret hərəkətlə də bu həmrəyliyi göstərəcək.

Səfər çərçivəsində Aİ lideri Livan prezidenti, parlamentin sədri və Nazirlər Şurasının prezidenti ilə görüşəcək.

Qeyd edək ki, Aİ Livana 33 milyon avro məbləğində yardım ayıracağını açıqlayıb.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 157 nəfər ölüb, 5 000-dən çox insan yaralanıb, onlarla insan itkin düşmüş sayılır. 


Oxunma sayı: 5941

Oxşar yazılar