Kartla işləyən avtobusların sayı açıqlandı

  • 14:27 - 08 Avqust

️İlk dəfə avqustun 8-i 2015-ci ildə Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart ("BakıKart") sistemi tətbiq edilib.

Avropa.info xəbər verir ki, məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Qeyd olunub ki, "BakıKart" beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən elektron ödəniş kartıdır.

️“BakıKart”ın üstünlükləri ö̈zündə ümumi nəqliyyat ödənişlərini birləşdirməsi, ö̈dənişi asanlaşdırması, vaxta qənaət və rahatlığı təmin etməsidir.

Hazırda ümumi terminal sayı 436-dır. Onlardan 239-u “BakıKart” terminalı
197-si “MilliÖn” terminalıdır. Hazırda 36 müntəzəm marşrut üzrə 750 avtobus nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

Qeyd edək ki, mərhələli şəkildə digər müntəzəm xətlər də nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.


Oxunma sayı: 6161

Oxşar yazılar