İndoneziyada güclü vulkan partlayışı

  • 13:33 - 08 Avqust

İndoneziyanın Sumatra adasında yerləşən Sinabunq vulkanın güclü partlayış baş verib. 

Avropa.info xəbər verir ki, Vulkanologiya və Geoloji Fəlakəti Azaltma Mərkəzinin (PVMBG) məlumatına görə, vulkandan püskürən kül və duman kraterdən 2 min metr yüksəyə qalxıb.

PVMBG vulkanın ətrafına yaxınlaşmamaq barədə xəbərdarlıq edib. Kül yağışlarına qarşı maska taxmaq barədə əhaliyə xəbərdarlıq edilib.

Qeyd edək ki, Sinabunq vulkanı 400 il fasilədən sonra 2010-da fəaliyyətə keçmişdi. 2014 və 2016-cı illərdə baş verən partlayışlarda ən azı 23 nəfər həyatını itirib.


Oxunma sayı: 5908

Oxşar yazılar