Məscidlərin nə vaxt açılacağı ilə bağlı suallara rəsmi cavab

  • 12:42 - 08 Avqust

Məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur.

Avropa.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, virusun yayılması qapalı məkanlarda daha sürətlə baş verir, ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik. Hətta bu il Həcc ziyarəti də çox qeyri-adi formada keçirildi. İnsanların səhhətinin qorunması təkcə tibb sahəsinə təsir etmir. Bu, iqtisadiyyata və digər sahələrə də çox ciddi təsir edir.


Oxunma sayı: 3224

Oxşar yazılar