Heç bir ölkə ilə sərhədlərimizi açmamışıq - PA rəsmisi

  • 12:28 - 08 Avqust

"Qısa müddətdə bu vətəndaşlarımızın əksəriyyəti artıq ölkəyə gətirilib. Hardasa bir problem olarsa, bizim səfirliklərə müraciət etsinlər. Bu gün hansısa ölkədə elə bir problem yoxdur".

Avropa.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu gün vətəndaşların gətirilməsi üçün dövlət əlindən gələni edir:

"Rusiya və Türkiyə ilə sərhədlər açıq deyil, ümumiyyətlə heç bir ölkəylə sərhədlərimizi açmamışıq".


Oxunma sayı: 3785

Oxşar yazılar