Rayonlara gediş-gəliş bu tarixdə açıla bilər

  • 12:04 - 08 Avqust

"17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bəpa olunması müzakirə olunur. Bundan bir həftə sonra isə rayonlara gediş-gəlişin bərpa edilməsi istiqamətində fikir mübadiləsi aparılır".

Avropa.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

O əlavə edib ki, bütün bu atılacaq addımların əsas bir şərti var: "Əgər bizdə yoluxmaların sayı kifayət qədər aşağı olsa, növbəti yumşalmalar olacaq".


Oxunma sayı: 11947

Oxşar yazılar