"Mən Rusiyanın prezident kimi görmək istədiyi sonuncu adamam" - Tramp

  • 11:56 - 08 Avqust

Prezident Donald Tramp Rusiyanın seçkilərin nəticəsinə təsir etmək cəhdləri barədə ABŞ kəşfiyyatının əks-kəşfiyyat məlumatlarını şərh edərkən deyib ki, Rusiya onun ikinci dəfə seçilməsini istəmir.

Avropa.info xəbər verir ki, Ağ Evdə keçirilən brifinqdə ABŞ prezidenti Rusiyaya qarşı çox sərt mövqe tutduğunu deyib.

"Mən Rusiyanın prezident kimi görmək istədiyi sonuncu adamam" - Tramp deyib.

Trampın sözlərinə görə, onun seçilməsini ən az istəyən Çin və İrandır. Amma buna baxmayaraq, bəzi KİV nümayəndələri diqqəti Çinə yox, Rusiyaya ayırır.

"Məgər Çin ciddi təhlükə təşkil etmir?" - Tramp soruşub.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik və Əks-kəşfiyyat Milli Mərkəzinin direktoru Uilyam Evanin Rusiya, İran və Çinin ABŞ prezident seçkilərinin nəticələrini dəyişdirmək üçün cəhdlər etdiyini bildirib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda keçiriləcək.


Oxunma sayı: 2146

Oxşar yazılar