ABŞ 2021-ci ildə "Avroviziya"nın analoqunu keçirəcək

  • 11:03 - 08 Avqust

ABŞ 2021-ci ildə "Avroviziya" musiqi yarışmasının analoqu olacaq "American Song Contest" yarışmasını keçirəcək.

Avropa.info xəbər verir ki, bu barədə Cenevrədə yerləşən Avropa Yayım İttifaqı məlumat yayıb.

Yarışmanın amerikan versiyasında qələbə üçün 50 ştatın nümayəndəsi yarışacaq. Solo iştirakçılar, duetlər və 6 nəfərədək qruplar iştirak edə biləcək. Yarışma seçim turu, yarımfinallar və böyük finaldan ibarət olacaq. 

Konkursun keçirilməsi üçün "American Song Contest"in akademiyası yaradılacaq. Jüri artist və mədəniyyət işçilərindən təşkil olunacaq.


Oxunma sayı: 4016

Oxşar yazılar