Cəlilabada dilənçiliyə gedənlər saxlanıldı

  • 10:57 - 08 Avqust

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində saxlanılan VAZ-21011 markalı avtomobilin sürücüsü, Yevlax sakini C.Bukavadzenin karantin rejimini pozaraq Yevlaxdan Cəlilabada gəldiyi müəyyən edilib.

Avtomobildə olan digər 2 Yevlax sakini isə Cəlilabad şəhəri ərazisində dilənçiliklə məşğul olduqlarını bildiriblər. Hər 3 şəxs Cəlilabad Rayon Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.


Oxunma sayı: 8196

Oxşar yazılar