Hindistanda göyərtəsində 174 sərnişin olan təyyarə qəzaya uğrayıb - Ölənlər var (VİDEO)

  • 21:12 - 07 Avqust

“Air İndia” şirkətinə məxsus “Boeing-737” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb. 

ANI agentliyi xəbər verir ki, hadisə zamanı 123 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 15-nin vəziyyəti ağırdır.

Qeyd edilib ki, Dubaya uçan təyyarədə 10-u uşaq olmaqla, 184 sərnişin, iki pilot və beş ekipaj üzvü olub. 

20:07

Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb. 

REN TV xəbər verir ki, hadisə ölkənin Keral ştatında baş verib. 

Bildirilib ki, “Air İndia” şirkətinə məxsus təyyarə eniş zolağından çıxıb və iki yerə bölünüb. 

Hadisə zamanı azı üç nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında təyyarənin kapitanı da var. 

Qəzanın səbəbləri məlum deyil.

***

Hindistanın "Air India Express" hava yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. 

Təyyarənin göyərtəsində 174 sərnişin və 6 uçuş heyəti üzvü olub. 

Dubaydan uçan təyyarə Hindistanın Kerala ştatının Kəlkətə hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb. 

Hava yollarının sözçüsü bildirib ki, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yerli media isə ən azı 40 adamın yaralandığını yazır. 

Xilasetmə və təcili yardım qüvvələri qəza baş verən yerə gəlib. Qəza nəticəsində ölənlərin olub-olmadığı hələ məlum deyil.(apa)


Oxunma sayı: 8097

Oxşar yazılar