BMT: Partlayışdan sonrakı Beyrut humanitar fəlakətlə üz-üzədir

  • 17:32 - 07 Avqust

Beyrut limanında baş verən partlayış nəticəsində yaranan xəsarət üzündən Livanı ərzaq tədarükündə azalma, qiymətlərin artımı gözlənilir.

Avropa.info xəbər verir ki, bu bəyanatla çıxış edən BMT Livanın humanitar fəlakətlə üz-üzə qaldığını deyib. Dünya Ərzaq Proqramının (WFP) sözçüsü Livanın ərzaq təminatının 85%-ni xaricdən idxal etdiyini deyib. WFP 5 nəfərlik ailəyə bir ay kifayət edəcək 5 min ədəd ərzaq payı göndərməyə hazırlaşır. 

ÜST isə partlayış üzündən Livanın üç xəstəxanasının demək olar ki, tamamilə dağıldığını bildirib və ölkəyə 1000 ədəd tibbi ləvazimat dəsti göndərib.

Partlayış üzündən ÜST-ün anbarında saxlanılan 17 konteynerlik koronovirusla mübarizə vasitəsi yararsız hala düşüb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsünün sözlərinə görə, Suriya vətəndaş müharibəsindən qaçan qaçqınları vəziyyəti xüsusilə həssasdır.


Oxunma sayı: 12002

Oxşar yazılar