Klublarımızın avrokubok oyunları azarkeşlərlə keçirilə bilər

  • 17:28 - 07 Avqust

UEFA-ya 55 üzv milli assosiasiyanın baş katibləri ilə videokonfrans formatında keçirilən iclasda azarkeşlərin yenidən stadionlara qayıtma məsələsi müzakirə olunub.

Avropa.info report-a istinadən xəbər verir ki, indiki halda fanatlarla bağlı qadağanın qüvvədə saxlanılması məqsədəuyğun hesab edilib.

Eyni zamanda, avqustun ortalarında yenidən bu məsələyə baxılacağı və ölkələrdə pandemiya ilə bağlı vəziyyətə əsasən az sayda azarkeşin stadionlara girişinə icazə verilə biləcəyi vurğulanıb.

Milli komandaların sentyabrda keçirəcəyi oyunların da müzakirə olunduğu iclasda bəzi matçların neytral meydanlarda olacağı istisna olunmayıb.


Oxunma sayı: 11683

Oxşar yazılar