“Yunanıstan və Misir arasındakı dəniz müqaviləsinin heç bir dəyəri yoxdur” - Ərdoğan

  • 16:32 - 07 Avqust

Türkiyə prezidenti Ərdoğan Ayasofya məscidində qıldığı cümə namazından sonra jurnalistlərin suallarına cavab verib.

Avropa.info xəbər verir ki, Ərdoğan Yunanıstan və Misir dəniz yurisdiksiyası müqaviləsi haqda “heç bir dəyəri yoxdur” ifadəsi işlədib.

“Dəniz yurisdiksiyasında heç bir hüququ olmayanlarla bunları müzakirə etməyi düşünmürük” deyən Ərdoğan Almaniya kansleri Angela Merkelin bu məsələ ilə bağlı ondan xahiş etdiyini bildirib:

“Merkel “Qazma işlərini dayandırsanız bizim işimizi asanlaşdırarsınız”, dedi. Biz də ona “Siz yunanlara etibar edirsiniz, fəaliyyətimizi iki-üç həftəlik dayandırarıq, lakin biz bunlara etibar etmirik” dedik. Yunanıstan sözünə əməl etmədiyi üçün yolumuza davam etdiyimizi, qazma işlərinə təkrar başlayacağımızı xanım Merkelə dedik”.


Oxunma sayı: 7272

Oxşar yazılar