Trampın qərarı Çin birjalarını çökdürdü – Bir gündə 100 milyard dollar zərər

  • 15:24 - 07 Avqust

ABŞ prezidenti Donald Trampın amerikalılara “TikTok” və “WeChat” sosial şəbəkələrinin sahibləri ilə müqavilə bağlamaq qadağası ilə bağlı sərəncamı Çinin texnologiya şirkətlərinin dəyərini 100 milyard dollar azaldıb.

Avropa.info xəbər verir ki, “WeChat”ın sahibi “Tencent” şirkətinin aksiyaları Honkonq birjasında bu gün aparılan əməliyyatlarda 10,1% dəyər itirib. Sonra itkilər 4,4%-dək azalıb. “Alibaba”nın aksiyaları 6,7%, JD.COm 5% ucuzlaşıb. “Hang Seng”indeksi 1,7% azalma ilə bağlanıb.

Çinin Şençjen şəhərində yerləşən “ChiNext” birjasının indeksi də 2,4% azalıb. Texnologiya şirkətlərinin səhmlərinin alqı-satqısının aparıldığı Şanxay birjasının itkisi 3,1% olub. 


Oxunma sayı: 10297

Oxşar yazılar