Neftçalada Kürdə batan tələbənin meyiti tapıldı – Yenilənib

  • 15:41 - 07 Avqust

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

Bu barədə Avropa.info-ya FHN-dən bildirilib.

Məlumata görə, X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14:54

Neftçalada Kür çayında bir nəfər batıb.

Avropa.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Kür çayında batan şəxsin tələbə olduğu məlum olub.

Avropa.info APA-ya istinadən xəbər verir ki, Neftçala rayonunun Aşağı Surra kənd sakini, 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub. Əraziyə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Qeyd edək ki, Xəyal Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.


Oxunma sayı: 6689

Oxşar yazılar