Ziya Bünyadov prospektində yenə qəza oldu: tıxac yarandı

  • 14:48 - 07 Avqust

Bakının Ziya Bünyadov prospektində “20 yanvar” dairəsi istiqamətində (Atatürk prospekti ilə kəsişmədə körpüyə qalxan hissədə) yol-nəqliyyat hadisəsi baş verib. Hazırda hadisə baş verən hissəyədək sıxlıq müşahidə olunur.

Bu barədə Avropa.info-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Məlumat üçün bildiririk ki, sıxlıq səbəbindən hərəkət sxemi həmin ərazidən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb. Bu kimi hallar öz növbəsində qarşıdakı dayanacaq məntəqələrində o cümlədən avtobuslarda sıxlıqların yaranmasına səbəb olur”, - BNA bəyan edib.


Oxunma sayı: 4731

Oxşar yazılar