Axtarışda olan “Əl-Qaidə” terrorçusu Türkiyədə ələ keçdi

  • 13:52 - 07 Avqust

4 cinayətdən axtarışda olan “Əl-Qaidə” üzvü Taner Kuşioğlu Türkiyənin Hatay vilayətində ələ keçib.

Avropa.info xəbər verir ki, Hatay vilayətinin verdiyi açıqlamaya görə, terrorçu “boz siyahı”da axtarışda olub. 

“Türkiyə DİN terrorizmə görə axtarılanlar siyahısında “Əl-Qaidə” üzvü, boz kateqoriyada 4 cinayətdən axtarışda olan “Əl-Qaidə” və HAD sıralarında fəaliyyət göstərən terrorçu Taner Kuşioğlu saxlanılıb” – məlumatda deyilir.

Polis tərəfindən həbs olunan terrorçu həbsxanaya göndərilib.


Oxunma sayı: 6381

Oxşar yazılar