Beyrut limanındakı faciə sosial partlayışa çevrildi – Mağazalar soyuldu, polis daşa basıldı

  • 11:14 - 07 Avqust

4 avqusta axşamı Beyrutda baş verən partlayışdan sonra Livan paytaxtında hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilib.

Avropa.info xəbər verir ki, bu barədə Livan Dövlət Xəbər Agentliyi məlumat yayıb. Etirazçılar mağazaları qarət edib, yanğın törədib və təhlükəsizlik əməkdaşlarını daşa basıblar. Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Hakim Faki Akikinin məlumatına görə, istintaq çərçivəsində 16 nəfər saxlanılıb. Anbarda təmir işlərinin aparılmasına görə məsuliyyət daşıyan 20 nəfər liman məmuru istintaqa cəlb olunub, işə hərbi məhkəmə baxacaq.

“Al Jazeera” telekanalının rəsmilərə istinadən yaydığı məlumata görə, partlayış qurbanlarının sayı 157 nəfərə çatıb, 5 mindən çox adam yaralanıb. Dağıntılar təmizləndikcə ölü sayının artması gözlənilir.


Oxunma sayı: 5380

Oxşar yazılar