"Beyrut partlayışı İrəvanda da baş verə bilər, çünki Ermənistanda böyük həcmdə kimyəvi maddələr var" - Erməni ekspert

  • 00:53 - 07 Avqust

Livanın paytaxtı Beyrutda baş verən qorxunc partlayışdan sonra kimyəvi materialların yığıldığı ərazilər nəzərə alınaraq, Ermənistanda da analoji partlayışların baş verməsinin mümkünlüyü barədə İrəvanda söhbətlər gəzir.

Axar.az xəbər verir ki, bu sözləri “168.am” nəşrinə açıqlamasında geosiyasi və beynəlxalq təhlükəsizlik üzrə ekspert Armen Manvelyan deyib.

O bildirib ki, bu kimi təhlükəli kimyəvi maddələr xüsusi nəzarətdə saxlanılmalıdır:

“Ermənistanda böyük həcmdə yanar kimyəvi maddələr ehtiyatı var. Ola bilsin ki, onlar keçmiş kimya zavodlarının anbarında saxlanılır. Bütün bu zavodlar baxımsız, tərk edilmiş vəziyyətdədir. Belə təhlükəli maddələrin tezliklə zərərsizləşdirilməsi qaçılmazdır”.


Oxunma sayı: 14675

Oxşar yazılar