Müdafiə Nazirliyi: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

  • 22:03 - 06 Avqust

Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.


Oxunma sayı: 3620

Oxşar yazılar