Beyrutda toy çəkilişi zamanı partlayış anı lentə alınıb - Video

  • 20:20 - 06 Avqust

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın yeni videosu üzə çıxıb. 

Avropa.info report-a istinadən xəbər verir ki, videonu xarici televiziyalar yayıb. 

Məlumata görə, paytaxt küçələrinin birində yerli fotoqraf toy çəkilişi zamanı gəlini çəkərkən təsadüfən partlayış anını da lentə alıb.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 137 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.


Oxunma sayı: 6777

Oxşar yazılar