Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb

  • 20:02 - 06 Avqust

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatlarının ölkəyə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avropa.info-ya bildirilib ki, hər iki fakt idarənin “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb.
Gürcüstan istiqamətindən respublikamıza daxil olan “Scania” markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 17 min 400 həb və 20 ədəd 20 milli qramlıq şüşə qabda dərman preparatı, eləcə də 9100 ədəd şam aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

 


Oxunma sayı: 5270

Oxşar yazılar