Los-Ancelesdə şənlik təşkil edənlərin su və işığı kəsiləcək

  • 18:35 - 06 Avqust

Mövcud pandemiya şəraitində qadağan edilmiş şənliklər təşkil edəcək Los-Anceles şəhərinin sakinlərinin su və elektrik enerjisini kəsiləcək.

Bu barədə məlumatı şəhər meri Erik Qarsetti verib.

O qeyd edib ki, bu addım şəhərdə koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, Los-Anceles dairəsində 197 mindən çox yoluxma və COVID-19 nəticəsində 4 825 ölüm halı qeydə alınıb. Los-Ancelesin yerləşdiyi Kaliforniya ştatı ABŞ-da yoluxma sayına görə liderdir.(report)


Oxunma sayı: 8867

Oxşar yazılar