Səudiyyə Ərəbistanından neft qiymətlərinə təsir edəcək qərar

  • 17:41 - 06 Avqust

Səudiyyə Ərəbistanı dörd ay ərzində ilk dəfə əsas neft alıcıları Asiya və Avropa üçün qiymətləri aşağı salıb.

Avropa.info xəbər verir ki, "Saudi Aramco" dövlət neft şirkəti ABŞ-dakı qiymətləri dəyişməyərək, sentyabr ayı üçün Asiyaya, Aralıq dənizi bölgəsinə və şimal-qərbi Avropaya rəsmi tədarük qiymətlərini endirib.

Mayın 1-dən qüvvəyə minən OPEC + sazişi, may-iyul aylarında alyans ölkələri tərəfindən neft hasilatının 9,7 milyon barel azaldılmasını nəzərdə tutur. Rusiya və Səudiyyə Ərəbistanı, razılaşmalara əsasən, neft hasilatını bərabər paylarla - sutkada 11 milyon barel baza səviyyəsindən 2,5 milyon barel səviyyəsinə endirəcəklər.

Razılaşmalar iki il müddətində qüvvədə olacaq, lakin 2020-ci ilin avqust-dekabr tarixi üçün hasilat 7,7 milyon barel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelin sonunadək - 5,8 milyon barel nəzərdə tutulub.


Oxunma sayı: 6447

Oxşar yazılar