“Cəmi 2 min ton selitra Beyrutu yer üzündən silə bilərdi, gübrənin çox hissəsi oğurlanıb” – Rus ekspert

  • 16:58 - 06 Avqust

4 avqust axşamı Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı 135-ə, yaralıların sayı 5000 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, Livan rəsmiləri partlayışın səbəbi kimi limanın anbarında 6 ildir saxlanılan 2750 tonluq ammonium nitratın (selitra) alışmasını göstəriblər. Rusiyanın “Komsomolskaya pravda” qəzeti məsələnin aydınlaşdırılması ilə bağlı “Vətən arsenalı” jurnalının baş redaktoru Viktor Muraxovskidən müsahibə götürüb. Muraxovski anbarda olan ammonium nitrat miqdarının şişirdildiyini, cəmi 2 min ton selitranın Beyrutu yer üzündən silə biləcəyini deyib.

- Partlayışdan yaranan tülkü quyruğu selitranın izidir?

- Birmənalı demək olar ki, ammonium selitrası partlayıb. Həm partlayışın xüsusiyyəti, həm Livan rəsmilərinin açıqlamasına görə bunu demək olar.

- Livan DİN bu maddədən 2750 tonunun 6 ildir anbarlarda saxlanıldığını deyir...

- Bu fantastikadır. Birincisi, yanğınlar və partlayışlarla əlaqədar təhlükəsizlik standartlarına uyğunluq baxımından. Livanlıların diqqətsizliyi bütün hədləri aşıb. İkincisi, partlayan ammonium selitrası baxımından bu açıqlama fantastikadır. Başa düşmək lazımdır ki, bu miqdarda maddə partlasaydı, dağıntı dəfələrlə çox olardı. Bir neçə il əvvəl onlar məhsulu müsadirə edəndə, ola bilsin limanda bu qədər maddə var idi. Ehtimal ki, son illər ərzində ammonium selitrasının böyük hissəsini oğurlayıb aparıblar.

- Əgər bu miqdarda maddə partlasaydı, Beyrutun yarısı xarabalığa çevrilərdi?

- Demək olar. Düşünürəm ki, kifayət qədər az maddə partlayıb. Orada liman şəhərin mərkəzi hissəsinin yaxınlığında yerləşir. Zərbə dalğasının təzyiqdən asılı olaraq dağıntıların hesablanması üçün düstur var. Və bu trotil ekvivalentindəki partlayışın gücündən asılıdır. Bu düstur livanlıların səsləndirdiyi həcmə tətbiq edilsəydi, dağıntılar şübhəsiz ki, daha böyük olardı.

- Partlayış yerinin yaxınlığındakı dəmir-beton elevator binasının ayaqda qalması təəccübləndirir...

- Bəli, elevator ayaqda qaldı. Məhz bu səbəbdən ki, partlayışın gücü livanlıların fantastik açıqlaması 2750 ammonium selitrasından daha az idi. Təkrar edirəm, bu qədər maddə orada olsaydı, elevatordan acaq fundament qalardı. O, isə orta və ağır dərəcə arasında, lakin kritik səviyyədə olmayan zərbə alıb. Bu isə partlayışın gücünü şübhə altına alır.

- Detonator kimi birinci güclü olmayan partlayış rol oynayıb?

- Ehtimal etmək olar ki, livanlıların açıqladığı kimi pirotexnika yanırdı. 20-30 dəqiqə arasın yanıb. Yanğının səbəbi aydın deyil. Amma görünür ki, yanan pirotexnikanın effektidir.


Oxunma sayı: 8845

Oxşar yazılar