Bakı-Naxçıvan reyslərinə bileti bu yolla almaq olar

  • 15:10 - 06 Avqust

Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki usulla yazılmaq mümkündür:

- azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919

linki vasitəsilə onlayn formanı doldurmaqla;

- (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək.

Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.


Oxunma sayı: 3444

Oxşar yazılar