Polis rayonda reyd keçirdi: maskasızlar cərimələndi – Foto

  • 11:34 - 06 Avqust

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib. Mağazalarda bəzi satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkar olunub. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Şöbənin Dövlət Yol Polisi bölməsi əməkdaşlarının ictimai nəqliyyatda keçirdikləri reydlər zamanı burada da tibbi maskadan istifadə etməyən bir neçə sürücü və sərnişinlərə də rast gəlinib. Həmin şəxslər barəsində də qanunamüvafiq tədbirlər görülüb.


Oxunma sayı: 3675

Oxşar yazılar