Pandemiya bu ölkələrdə kabusa çevrildi – Yoluxma və ölüm hallarının qarşısını almaq olmur

  • 11:32 - 06 Avqust

Kovid-19 xəstəliyi üzündən sutka ərzində Braziliyada 1437, Hindistanda 904, Meksikada 829 nəfər həyatını itirib.

Avropa.info xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronovirusdan ölüm sayı 97 min 256 nəfərə qalxıb. Sutkalıq yoluxma halı isə 57 min 152 nəfər artaraq 2 milyon 859 min 73-ə çatıb. Braziliyanın milyon əhalisi olan San-Paulu şəhəri ştatında bu günədək 585 min 265 yoluxma halı, 24 min 109 ölüm halı qeydə alınıb. Braziliya Latın Amerikada pandemiyanın mərkəzi ölkəsi sayılır.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, sutka ərzində 904 nəfərin koronovirusdan vəfat etməsi ilə ümumi ölü sayı 40 min 699 nəfərə çatıb. Sutka ərzində 56 min 282 yoluxma halı qeydə alınıb. Ümumi statistika 1 milyon 964 min 536 nəfərdir. Hindistan yoluxma sayına görə dünyada üçüncü yerdədir.

Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, sutka ərzində 829 ölüm faktı, 6 min 139 yoluxma halı qeydə alınıb. Koronovirusdan ölənlərin ümumi sayı 49 min 698, yoluxanların sayı 304 min 708 nəfərdir.


Oxunma sayı: 5215

Oxşar yazılar