“Oğlum hakimiyyətimə qarşı müxalif mövqedədir” – Aleksandr Lukaşenko

  • 11:15 - 06 Avqust

Belorus prezidenti Aleksandr Lukaşenko 16 yaşlı oğlu Nikolayı müxalif mövqeli adam adlandırıb.

Avropa.info xəbər verir ki, Lukaşenko bu barədə ukraynalı jurnalist Dmitri Qordon ilə müsahibəsində deyib.

“O, (Lukaşenkonun oğlu) ümumiyyətlə hakimiyyətə qarşı müxalif mövqedədir” – Qordon deyib.

Lukaşenkonun sözlərinə görə, o, oğlunu gələcəkdə prezident postunda görmək istəmir. Çünki onun üçün sakit həyat istəyir. 

Lukaşenkonun jurnalist Qordona müsahibə verməsi üçün məhz oğlu Nikolay inad edib. Çünki o, Qordonun bütün verilişlərinə baxır.


Oxunma sayı: 2300

Oxşar yazılar