ÜST: Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb

  • 23:30 - 05 Avqust

Son sutka ərzində dünyada koronavirusa 206 mindən çox yoluxma qeydə alınıb.

Nu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, bütün dünyada virusa yoluxanların sayı 18 354 342-yə çatıb. Son gün ərzində COVID-19-a 206 709yeni yoluxma aşkarlanıb.

Dünyada ümumilikdə 696 147 insan pandemiyanın qurbanı olub. Ötən gün 5 116 daha pasiyent təhlükəli infeksiyadan ölüb.

Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Uhan şəhərində pnevmoniyanın yayılması haqqında bildirib. Martın 11-də ÜST koronavirusu pandemiya elan edib.(report)


Oxunma sayı: 5842

Oxşar yazılar