Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

  • 22:40 - 05 Avqust

Avqustun 5-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7883 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 759 min 229-a çatıb.
Bu barədə Avropa.info-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3787-ə bərabərdir. Xəstələrdən 255 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, avqustun 5-də Azərbaycanda koronavirus infeksiyasına daha 193 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.


Oxunma sayı: 4885

Oxşar yazılar