Paytaxtda xüsusi karantin rejimin qaydalarını pozan obyekt aşkarlanaraq fəaliyyəti dayandırılıb

  • 20:55 - 05 Avqust

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimin qayda və tələblərinin şərtlərini pozan “Magic Tours - Massage Center” aşkar olunaraq fəaliyyəti dayandırılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində sahibkarlıq subyektinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı S.Sultanlı 6000 manat, digərləri 100 manat cərimə olunublar.


Oxunma sayı: 5875

Oxşar yazılar