Xüsusi karantin rejimi qaydalarını pozanlar cərimələndilər - FOTO

  • 20:20 - 05 Avqust

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Yalama Polis Bölməsi əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb. 



Bildirilib ki, bölmə əməkdaşları Xudat stansiyasının inzibati ərazisində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. 

Polis əməkdaşları tərəfindən həmin obyektin fəaliyyəti dərhal dayandırılıb, sahibi Vaqif Canbaxışov və orada olan dörd müştəri barəsində qanuna müvafiq qaydada tədbir görülüb. 





 


Oxunma sayı: 12640

Oxşar yazılar