Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır

  • 20:02 - 05 Avqust

Ermənistan prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb.

Bu barədə Ermənistan prezidentinin saytı məlumat yayıb.

Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edir. Bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq. 

Ermənistan ərazisində yalnız “Mir” telekanalının açıq yayımına icazə verilib.(apa)


Oxunma sayı: 6876

Oxşar yazılar